“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası həftənin ilk iş günündə İmişli sakinlərinin ixtiyarına verilib.
“Azəriqaz”dan Bizim.Media-ya verilən məlumata görə, “Səyyar qəbul otağı"na ümumilikdə 10 müraciət daxil olub.
Bunlardan 4-ü Yalavac kəndinin bəzi küçələrinə yeni qaz xətlərinin çəkilməsi ilə bağlı olub.
Aksiyaya qatılan Şahin Süleymanovla Süleyman Əliyev fərdi yaşayış evlərində sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının öncədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəz edilməsini istəyiblər.
“Açıq mikrofon”da səsləndirilən müraciətlər Birliyin Salyan Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən qeydə alınaraq aidiyyəti üzrə tapşırıqlar verilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
23:39 / 12.09.2022
İmişlidə “Açıq mikrofon” - Sakinlərin şikayətləri dinlənildi
Hazırda oxunan: İmişlidə “Açıq mikrofon” - Sakinlərin şikayətləri dinlənildi
Hazırda oxunan: İmişlidə “Açıq mikrofon” - Sakinlərin şikayətləri dinlənildi
93458
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.