“Yaralansam da 7 nəfəri təhlükəsiz yerə apara bildim” – Qarabağ veteranının BİR ARZUSU da var

Hazırda oxunan: “Yaralansam da 7 nəfəri təhlükəsiz yerə apara bildim” – Qarabağ veteranının BİR ARZUSU da var

93425

“Döyüş yoldaşlarıma deyirdim ki, düşmənə elə zərbə vuracayıq ki, bizə yaşatdıqları o ağır günlərin əvəzini çıxacayıq”. 

Bu fikirlərin müəllifi olan Bəhruz Nağıyev 44 günlük Vətən müharibəsində şücaət göstərən oğullarımızdandır. 

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Bəhruz aprel döyüşlərində də iştirak edib. 

Vətən müharibəsi başlayanda yenilməz Ordumuzun əsgəri kimi Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə fəallıq göstərib. Füzuli rayonu istiqamətində gedən döyüşlərdə yaralansa da öz istəyilə müharibəyə yenidən qatılıb. 
Veteran deyir ki, qızğın döyüşlərin birində düşmən bizi minamyot atəşinə tutmuşdu. Özüm də yaralanmışdım. Üstümüzə mərmi yağsa da 7 nəfər yaralı yoldaşımı döyüş meydanından çıxararaq təhlükəsiz yerə apardım. 

Prezident İlham Əliyevin Sərəncamları ilə Bəhruz Nadir oğlu Nağıyev “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. 

Əvvəllər kirayədə yaşayan qəhrəman Vətən övladı müharibə əlili kimi dövlət qayğısı ilə əhatə olunub. Belə ki, ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonundakı yeni yaşayış kompleksində ikiotaqlı tam təmirli mənzil verilib. 
Bəhruzun indi bir arzusu var: ali təhsil alaraq bundan sonrakı həyatında da cəmiyyətin faydalı üzvlərindən birinə çevrilmək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin