Mətbuat Şurasından Əvəz Zeynallının həbsilə bağlı AÇIQLAMA  

Hazırda oxunan: Mətbuat Şurasından Əvəz Zeynallının həbsilə bağlı AÇIQLAMA  

93415

"Azərbaycan Mətbuat Şurası tutduğu əməldən, ona qarşı irəli sürülmüş ittihamdan asılı olmayaraq, jurnalist həbsindən həmişə narahatdır. O cümlədən, "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsindən də narahatıq".

Bizim.Media xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov açıqlama verib.

O deyib ki, Mətbuat Şurasının fəaliyyətində gərgin dövrdür:

“Tezliklə qurultay olacaq. Bu, bizim jurnalistlərlə bağlı taleyüklü məsələləri arxa plana keçirməyimizə əsas vermir”.
 

MÖVZU İLƏ BAĞLI:

Baş Prokurorluqdan Əvəz Zeynallı və Elçin Sadıqovla bağlı AÇIQLAMA  


​​​​​​​Əflatun Amaşov Əvəz Zeynallının azadlığına qovuşmasını arzu etdiklərini qeyd edib:

“Mətbuat Şurası olaraq məsələnin hüquqi tərəflərini mübahisələndirməkdən də uzağıq. Azərbaycan hüquq sisteminin ədalətinə sığınaraq məsələni diqqətdə saxlayırıq. Məsələ isə kifayət qədər həssasdır. İnanıram ki, ona ədalət prizmasından yanaşılacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin