İstanbulun Sarıyer rayonunda yerləşən Vadi İstanbul ticarət mərkəzində dünən axşam saat 20 radələrində naməlum qruplar arasında yaranmış silahlı münaqişədə dördü azərbaycanlı olmaqla, altı nəfər yaralanıb.
Bu barədə Azərbaycanın İstanbuldakı Baş Konsulluğu məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Türkiyədə 4 azərbaycanlının da yaralandığı atışmadan ANBAAN GÖRÜNTÜLƏR
Yaralanan soydaşlarımızın adları:
Rakif Əliyev
Mehrac Kərimov
Azər Amanov
Qulam İbrahimov
Yaralılar hazırda Seyrantepe Hamidiye Etfal Eğitim ve Araştırma Xəstəxanasında müalicə olunur.
Hadisənin səbəbləri polis tərəfindən araşdırılır.
Bizim.Media