Təhsil Tələbə Krediti Fondu regionların 95 faizini əhatə edib

Hazırda oxunan: Təhsil Tələbə Krediti Fondu regionların 95 faizini əhatə edib

93328

Birinci semestrdə bizə müraciət edib 71 balı olan tələbələr ikinci semestrdə kredit ala bildilər. Böyük şəhərlərdə təhsil alan tələbələrin kreditdən istifadə etməsi əmək bazarında da özünü göstərir. Təhsil Tələbə Krediti Fondu regionların 95 faizini əhatə edib.

Bizim.Media xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev 2021-2022-ci tədris ili üzrə hesabat tədbirində söyləyib.

Təhsil tələbə krediti verilən zaman girov və zəmanət tələb olunmur. Təhsil tələbə kreditlərinin alınması üçün tələbə təhsil müəssisəsində əyani təhsil almalıdır.

Sözügedən kredit hər semestr üzrə verilir və akademik borcu olanlar bundan yararlana bilməz. Təhsil müddətində tələbədən kredit geri tələb edilmir və faiz hesablanmır.

Kreditə görə faizlərin hesablanmasında və kreditin qaytarılmasında təhsilin nəticələrindən asılı olaraq güzəştlər tətbiq olunur. Tələbə krediti məzun olduqdan və güzəşt dövrü bitdikdən sonra qaytarır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin