Boğazında qarğıdalı dənəsi qalan 28 yaşlı gənc öldü

Hazırda oxunan: Boğazında qarğıdalı dənəsi qalan 28 yaşlı gənc öldü

93316

Şəkidə 28 yaşlı gənc bədbəxt hadisə nəticəsində ölüb.

Bizim.Media Apa.az-a istinadən xəbər verir ki, ötən gün rayonun Köbər Zəyzid kənd sakini 1994-cü il təvəllüdlü Vüqar Mövlud oğlu Mustafayev boğazında yad cisim qalması və boğulma əlamətləri ilə Şəki rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı V. Mustafayevin boğazında qarğıdalı dənəsi qaldığı məlum olub.

Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilən V. Mustafayevə göstərilən yardımlara baxmayaraq, səhər saatlarına yaxın onda bioloji ölüm faktı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin