Bunu Bizim Media-ya açıqlamasında AMEA-nın Memarlıq İncəsənət İnstitutunun dosenti Rahibə Əliyeva bildirib. O, hesab edir ki, Xudafərin körpüsünün bərpasında tələsməmək lazımdır:
“Dünya əvvəlcə ermənilərin bizim mədəni irsimizə, abidələrimizə necə təcavüz etdiyini əyani görməlidirlər. Daha sonra xarici mütəxəssislər Xudafərin körpüsünə baxış keçirməyə gələ bilərlər. Tədqiqatlar aparılmalı, abidənin bərpaya və ya konservasiya olunması müəyyən edilməlidir. ”
Bəs Xudafərin körpüsünün bərpasına necə yanaşmaq düzgün olardı? Sualına cavab olaraq Rahibə Əliyeva bildirib ki, abidə 50 fazidən çox uçubsa konservasiya olunmalıdır. Amma Xudafərin körpüsü 50 faizdən çox uçmayıb : “Bərpa etməyimiz daha məsləhətdir. Hələ sovet dövründə sahillə əlaqələri kəsmək üçün onbiraşırımlı körpünun bir hissəsi uçub. Cəmi 3 tağı sağ-salamatdır. Buna görə bu aşırım bərpa olunmalıdır. Düzdür bu aşırım da 50 faizdən çox uçub, amma strateji həmiyyətə malik olduğu üçün biz bunu bərpa etməliyik. Konservasiya belədir ki, yenidən uça bilər, yarasız hala düşə bilər. 15 aşırımlı körpü isə bişmiş kərpicdən inşa olunub. Bununda bərpasına ehtiyac var”.
Gülşanə, Bizim.Media