“Bolqarıstan və Yunanıstan arasında qaz kəmərinin istifadəyə verilməsi Bolqarıstan iqtisadiyyatı üçün lazımi nəfəsi təmin edəcək və bolqarların sərfəli qiymətə payız-qış mövsümündə isinməsinə kömək edəcək”.
Bu fikirləri Bizim.Media-ya açıqlaması zamanı bolqarıstanlı siyasi şərhçi, analitik Nikolay Krastev səsləndirib. Krastev hesab edir ki, son dönəmlər Azərbaycan Bolqarıstan üzərindən Balkan ölkələrinə enerji ixracında maraqlıdır.
Bu maraqlar həm də idxalçı ölkələr üçün hava və su kimi önəmlidir.
- Cənab Krastev, bilirik ki, diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edən Azərbaycan və Bolqarıstan iqtisadi baxımdan daha da yaxınlaşıb. Bu yaxınlaşmanı enerji təminatı ilə daha yaxşı anlaya bilirik. İqtisadi əməkdaşlığın əhəmiyyətinə Bolqarıstan aspektindən nəzər salmaq istərdik. Azərbaycan enerjisi Bolqarıstan üçün nə kəsb edir?
- Son 10 ildə Bolqarıstan və Azərbaycan arasında münasibətlər getdikcə daha çox nəzərə çarpır və iqtisadiyyat, enerji sahələrində sabitlik proqnozlaşdırıla bilən xarakter daşıyır. İki ölkə arasında əməkdaşlığın enerji xətti çox mühüm aspekt əldə edir.
Oktyabrın 1-də Yunanıstandan Bolqarıstana qaz nəqli üçün interkonnektorun açılışı ilə əlaqədar Azərbaycanın təkcə Bolqarıstanın deyil, Balkan regionunun enerji təhlükəsizliyində rolu daha da artır.
Beləliklə, Bolqarıstan Azərbaycan üçün əhəmiyyətli olacaq, çünki onun qazı Rumıniya, Serbiya və Şimali Makedoniyaya gedəcək.
- Sözügedən qaz kəmərinin tikintisi xeyli yubandı. Bu yubanmanın nə kimi təsirləri oldu?
- Qaz kəmərinin tikintisinin təqribən 10 il gecikməsi Bolqarıstanın daha əvvəl öz iqtisadiyyatı üçün razılaşdırılmış qaz həcmlərindən istifadə etmək imkanlarına təsir göstərib.
Qaz kəmərinin ötürmə qabiliyyətinin 3 milyard kubmetr olacağı təqdirdə, Balkanlarda və xüsusən də Bolqarıstanda Azərbaycan qazına marağın artması ilə əlaqədar onun 5 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.
Ümumiyyətlə, ARDNŞ daha geniş mənada Cənub-Şərqi Avropa ölkələrinin, xüsusən də Bolqarıstanın enerji sektorunda maraqlıdır. Bir neçə il əvvəl Azərbaycanın SOCAR şirkəti Balkan qovşağının investorlarının görüşünə Varnaya dəvət olunmuşdu, görüşlər zamanı çoxlu maraqlı müzakirələr aparılmışdı.
Bu kontekstdə SOCAR-ın törəmə müəssisəsi olan SOCAR Balkan şirkəti Azərbaycanda konsaltinq xidmətləri göstərir. Yəni İon dənizi - Adriatik dənizi qaz kəməri ilə əlaqə. Beləliklə, Bakı Bolqarıstan vasitəsilə bütün Balkan yarımadasının enerji mənzərəsi ilə çox maraqlanır.
- Balkanlara gedəcək qazın Bolqarıstandan keçməsi sizin ölkə üçün nə kimi imkanlar açır?
- Bəli, Bolqarıstana gəlincə, Azərbaycanın marağı 1 milyard kubmetr qazla məhdudlaşmır. Bakı Balkan yarımadasının qonşu ölkələrinin bazarlarına tranzit ölkə kimi Bolqarıstanda da maraqlıdır. Bu mənada Azərbaycan tərəfi Bolqarıstanın enerji sektorunda maraqlıdır.
Bu maraq Bolqarıstanın Balkanlarda Azərbaycanın iqtisadi və enerji siyasətində rolunu artırır.
Bolqarıstan və Yunanıstan arasında qaz kəmərinin istifadəyə verilməsi Bolqarıstan iqtisadiyyatı üçün lazımi nəfəsi təmin edəcək və bolqarların sərfəli qiymətə payız-qış mövsümündə isinməsinə kömək edəcək.
- İyul ayında Bolqarıstanın o dönəmki baş nazirinin Bakı səfərini xatırlayaq. Bildiyiniz kimi Bolqarıstan-Azərbaycan arasında münasibətlər haqqında Azərbayca lideri ilə geniş müzakirələr oldu. Bu gün iqtisadi əlaqələrin inkişafını iyul ayındakı görüşə bağlaya bilərikmi?
- Bəli, əlbətdə. Həmin tarixdə Bolqarıstanın keçmiş baş naziri Kirill Petkov Azərbaycan prezidenti İlham Əliyevlə Yunanıstan-Bolqarıstan yeni interkonnektoru ilə əlaqədar artıq müəyyən edilmiş həcmlərə əlavə olaraq, Bolqarıstana əlavə həcmdə Azərbaycan qazının tədarükü imkanlarını müzakirə edib.
İki ölkənin energetika nazirləri mümkün yeni tədarüklərin təfərrüatlarını müzakirə ediblər. Kirill Petkov Bakıya səfəri çərçivəsində Bolqarıstan şirkətləri ilə kommersiya əlaqələri olan Azərbaycan biznesinin nümayəndələri ilə görüş keçirib.
Bolqarıstan-Azərbaycan Ticarət və Sənaye Palatasının nümayəndələri iki ölkənin şirkətləri arasında əlaqələri dəstəkləmək üçün Bolqarıstanın fəxri konsulu təyin edilməsinə dəstək verdiyinə görə Baş nazir Kirill Petkova təşəkkür ediblər.
Prezident Əliyev Bolqarıstan və Azərbaycanı strateji tərəfdaşlar kimi qiymətləndirdi. Biz müvafiq bəyannaməni nisbətən yaxınlarda imzaladıq. Strateji əməkdaşlıq bir çox sahələri, o cümlədən enerji təhlükəsizliyini əhatə edir.
Hələ 2015-ci ilin martında Prezident İlham Əliyev Bolqarıstanla Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı və bu, ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdə vurğunu böyük ölçüdə müəyyən etdi.
- İmzalanan bəyənnamə həm də yeni dövrün iqtisadi yol xəritəsinə tam uyğundur deyə bilərikmi?
- Qeyd-şərtsiz olaraq iki ölkə arasında münasibətlərdə enerjiyə əsas məsələ kimi baxılması qəbul edilir. Və bunun həqiqətən bir səbəbi var. İqtisadi əlaqələr, ilk növbədə, ölkələrimiz arasında siyasi təmasların səviyyəsindən irəli gəlir və buna görə də, bu, onların çox yaxşı inkişafı üçün əsasdır.
Bu bəyannamə Bolqarıstan və Azərbaycan arasında əvvəllər mövcud olmayan strateji dialoq yaratmaqla əməkdaşlığın yeni formatını yaratdı.
Bu format isə həm ikitərəfli, həm də beynəlxalq arenada gündəlikdəki əsas məsələləri müzakirə etmək üçün müntəzəm olaraq görüşə bilən xarici işlər nazirləri səviyyəsində strateji dialoqdan ibarətdir.
- Cənab Krastev, müsahibə üçün təşəkkür edirəm.
- Mən də sizə təşəkkür edirəm.
Tehran, Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:25 / 12.09.2022
Nikolay Krastev: “Bolqarlar Azərbaycanın hesabına bu qış sərfəli qiymətə isinə biləcəklər - MÜSAHİBƏ
Hazırda oxunan: Nikolay Krastev: “Bolqarlar Azərbaycanın hesabına bu qış sərfəli qiymətə isinə biləcəklər - MÜSAHİBƏ
Hazırda oxunan: Nikolay Krastev: “Bolqarlar Azərbaycanın hesabına bu qış sərfəli qiymətə isinə biləcəklər - MÜSAHİBƏ
93297
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.