Makron Putini müharibəni dayandırmağa çağırdı – Kremlin sahibi onu HƏDƏLƏDİ

Hazırda oxunan: Makron Putini müharibəni dayandırmağa çağırdı – Kremlin sahibi onu HƏDƏLƏDİ

93267

Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putinə zəng edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Yelisey sarayının mətbuat xidməti yayıb.

Mənbə yazır ki, Makron Putini hərbi əməliyyatları tez bir zamanda dayandırmağa və yayın əvvəlindən bəri Kiyevlə baş tutmayan danışıqları bərpa etməyə çağırıb.

Makron Rusiyanın davam edən hərbi əməliyyatlarını “lənətləyib” və Ukraynanın “ərazi bütövlüyünün və suverenliyinin bərpasının” vacibliyini vurğulayıb.

Kremlin bəyanatına görə, Putin Makronu “fəlakətli nəticələrlə” hədələyib, Ukraynanı Rusiyada yerləşən stansiyaları, o cümlədən radioaktiv tullantıların saxlandığı məkanları atəşə tutmaqda ittiham edib.

Yeri gəlmişkən, Rusiya ordusu nəzarətində saxladığı 3000 kilometrdən çox ərazini və onlarla yaşayış məntəqəsini bir neçə gün ərzində itirib. Nəticədə Xarkov vilayətində fiaskoya uğrayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin