ABŞ-da rəssam Aida Mahmudovanın fərdi sərgisi təşkil edildi

Hazırda oxunan: ABŞ-da rəssam Aida Mahmudovanın fərdi sərgisi təşkil edildi

9316

Tanınmış azərbaycanlı rəssam Aida Mahmudovanın Amerika Birləşmiş Ştatlarında ikinci fərdi sərgisi açılıb və sərgi böyük marağa səbəb olub.

Bizim.Media Diasporla iş üzrə Dövlət Komitəsinə istinadla xəbər verir ki, “Aida Mahmudova: PASTPRESENTFUTURE” sərgisi “Sapar ContemporaryGallery+Incubator”un təşkilatçılığı ilə reallaşıb.

Məlumata görə, sərgi qalereyanın Mərkəzi Asiya və Qafqazda fəaliyyət göstərən nüfuzlu qadın rəssamlara dəstək istiqamətində apardığı fasiləsiz işlər çərçivəsində reallaşan mühüm addımlardan biridir.

Ot və quru bitkilərdən istifadə etməklə, eləcə də rəssamın impressionist toxunuşları nəticəsində ərsəyə gələn, tamaşaçıların sonsuz marağına səbəb olan "Roots" (“Mənşə”) kimi əsərlər Azərbaycanda rast gəlinən landşaftın əsas elementlərini ifadə edir.

Sərgi yanvarın 14-də açılıb və fevralın 16-dək davam edəcək. Xarici media sərgiyə xüsusii maraq göstərir və geniş işıqlandırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin