Azərbaycanın 2 güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazanıb.
Bizim.Media Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, bunlar dünya və ikiqat Avropa çempionu Eldəniz Əzizli və ikiqat Avropa mükafatçısı Ülvü Qənizadədir.
55 kq. Eldəniz Əzizli 1/8 finalda Covanni Frenini (İtaliya) 8:0, 1/4 finalda isə Yu Şiotanini (Yaponiya) 9:0 məğlub edərək yarımfinala vəsiqə qazanıb. Əzizli 2-ci dəfə dünya çempionatının finalına çıxmaq üçün yarımfinalda Maks Emiliano Nourini məğlub etməlidir.
72 kq. Ülvü Qənizadə 1/8 finalda İbrahim Məhəmmədovu (Qazaxıstan) 4:2, 1/4 finalda Deyvid Dimitrovu (Bolqarıstan) 10:0 məğlub edib. O, yarımfinalda Səlçuk Canla (Türkiyə) qarşılaşacaq.
77 kq. Ötən ilin dünya ikincisi Sənan Süleymanov təsnifat mərhələsində milliyyətcə çeçen olan İdris İbayevə (Almaniya) 7:8 uduzaraq medalsız qalıb.
Qeyd edək ki, dünya çempionatı sentyabrın 18-də başa çatacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
17:20 / 10.09.2022
İki güləşçimiz dünya çempionatının YARIMFİNALINADIR
Hazırda oxunan: İki güləşçimiz dünya çempionatının YARIMFİNALINADIR
Hazırda oxunan: İki güləşçimiz dünya çempionatının YARIMFİNALINADIR
93129
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.