Avstriya polisi Türkiyəli youtuberi saxlayıb.
Bizim.Media xəbər verir ki, Avstriyanın paytaxtı Vyanada “YouTube” videoları çəkən Məsut Can Erayın bir qadını geyiminə görə təhqir etməsi sosial mediada gündəm olub.
Belə ki, küçə reportajı zamanı yolda gördüyü bir qadına geyimindən dolayı “utanmırsan belə geynirsən, buradan ailələr keçir, insanların dəstəmazını pozursan. Sən çox tərbiyəsiz birisən”, -deyərək təhqir edib. Görüntülərdə gənc qadının türk dilini bilmədiyindən təhqirlərə gülümsəyərək cavab verməsi əks olunub.
Sözügedən videonu izləyənlər youtuberi tənqid atəşinə tutaraq məsuliyyətə cəlb olunmasını tələb ediblər.
Çox keçmədən Vyana Polis Departamentinin rəsmi “Twitter” hesabında məsələ ilə bağlı “Polis bölməsinə məlumat göndərilib”,- deyə tvit atılıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:50 / 10.09.2022
Türkiyəli youtuber Avstriyada HƏBS EDİLDİ - VİDEO
Hazırda oxunan: Türkiyəli youtuber Avstriyada HƏBS EDİLDİ - VİDEO
Hazırda oxunan: Türkiyəli youtuber Avstriyada HƏBS EDİLDİ - VİDEO
93095
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.