Rusiya səfiri erməni nəşrini ifşa etdi – Yalandır!

Hazırda oxunan: Rusiya səfiri erməni nəşrini ifşa etdi – Yalandır!

9308

Rusiyanın Ermənistandakı səfirliyi böhtan və dezinformasiya yaydığına görə, "Hraparak" qəzeti ilə əməkdaşlıq etməkdən imtina edib.

Bizim.Media Erməni KİV-nə istinadən xəbər verir ki, səfirlikdən dərc olunmuş materialların düzgünlüyünün yoxlanılması zamanı tam məsuliyyət daşıyan media ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ-ın Ermənistandakı səfiri ruspərəst qüvvələri əsəbləşdirdi


Lakin bu media nəşrlərinin arasında "Hraparak" qəzeti yoxdur.

Səfirliyin bununla bağlı yaydığı məlumatda deyilir:

“Rusiyanın Ermənistandakı səfirliyi hər zaman media ilə qarşılıqlı fəaliyyətə açıqdır. Biz peşəkar fəaliyyətlərində obyektiv, dürüst, qərəzsiz jurnalistika prinsiplərini rəhbər tutanlar, məlumatları işləyərkən bütün məsuliyyəti göstərən və dərc olunmuş materialların düzgünlüyünü yoxlayanlarla işləmək üçün hər zaman hazırıq.

"Hraparak" qəzeti ilə də yuxarıda sadaladığımız prinsiplərlə işləməyə hazırıq”.

Səfirliyin açıqlamasında nəşrin səfir haqqında böhtan xarakterli məqalə dərc olunduğu da vurğulanıb.

“"Hraparak" internet nəşrində “Müxalifət Rusiya səfirindən narazıdır” başlığı altında Rusiyanın Ermənistandakı Fövqəladə və Səlahiyyətli səfiri haqqında böhtan uydurmalarından ibarət məqalə dərc olunub''.

''Məqalədə göstərilən məlumatlara dair dəlil varsa, xahiş edirəm onu bizə təqdim edin. Əks təqdirdə biz sizdən rəsmi bir təkzib yayımlamağı tələb edirik. Bu tələblər yerinə yetirilməsə hər hansı bir əməkdaşlıqdan söhbət gedə bilməz''.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin