SOCAR Türkiyədə qazma üzrə tenderin qalibi olub

Hazırda oxunan: SOCAR Türkiyədə qazma üzrə tenderin qalibi olub

92974

“Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) tərəfindən Türkiyənin Batman vilayətində neft-qaz quyularının qazılması layihəsinin icrası məqsədi ilə SOCAR-ın “Kompleks qazma işləri” tresti (KQİT) pre-kvalifikasiya mərhələsindən uğurla keçərək tenderin qalibi olub. Nəticədə, TPAO ilə KQİT arasında 1 il müddətinə xidmət müqaviləsi imzalanıb.

Bizim.Media xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, layihə şərtlərinə əsasən Batman vilayəti ərazisində 8 ədəd kəşfiyyat quyusunun qazılması nəzərdə tutulur.

Apa.az-ın məlumatına görə, hazırda müqavilə üzrə müvafiq avadanlıqların əməliyyat sahəsinə daşınması prosesinə başlanılıb.

Batman vilayətinə ezam olunmuş KQİT-nin nümayəndə heyəti burada vilayətin mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələri ilə görüş keçirib.

Görüşdə əməliyyat sahəsində işçilərin səmərəli fəaliyyəti üçün yaradılacaq əmək şəraiti, ekoloji və sosial məsələlər, habelə Türkiyə Respublikasının qanunvericiliyindən irəli gələn tələblər müzakirə edilib və potensial risklər qiymətləndirilib.

Layihənin icrası ilə əlaqədar həmçinin, Türkiyə Respublikasının Enerji və Təbii Sərvətlər nazirliyi ilə görüş keçirilib. Görüşdə SOCAR-ın Türkiyədəki uğurlu fəaliyyətinin qazma işlərində də davam edəcəyi bildirilib, KQİT və TPAO arasında əməkdaşlıqdan məmnunluq ifadə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin