“Azərbaycan mediası müasir çağırışlara uyğunlaşmaq və daha çevik reaksiya vermək üçün islahatların yeni mərhələsinə qədəm qoyub”.
Bizim.Media xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru, Azərbaycan nümayəndə heyətinin rəhbəri Əhməd İsmayılov Həştərxanda keçirilən “Biznes jurnalistikası və işgüzar kommunikasiyalar” adlı Xəzər Media Forumu zamanı bildirib.
O bildirib ki, Azərbaycanda media sahəsinin inkişafında mühüm amillərdən biri bu il fevralın 8-də qüvvəyə minmiş “Media haqqında” Qanundur:
“Bu qanunda çap mediası və internet mediası subyektlərinin fəaliyyətinin yaxşılaşdırılması üçün bir sıra mütərəqqi normalar müəyyən edilir. Bundan əlavə, dövlət başçısı bu il fevralın 8-də ipoteka kreditlərinin verilməsi qaydalarında dəyişiklik edib.
Bu sahədə müəyyən təcrübəyə malik jurnalistlər, o cümlədən gənc ailənin üzvü olan jurnalistlər mənzil almaq üçün dövlət dəstəyi ilə verilən güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olub”.
Ə.İsmayılov həmçinin qeyd edib ki, xarici təşkilatlarla etibarlı əməkdaşlıq əlaqələrinin qurulması media sahəsinin inkişafında mühüm rol oynayır:
“Azərbaycan mediası həm beynəlxalq platformada, həm də ikitərəfli münasibətlər vasitəsilə əlaqələri genişləndirir. Bu mənada Xəzər regionu ölkələrinə xüsusi diqqət yetirilir”.
İcraçı direktoru Xəzər Media Forumu çərçivəsində regional səviyyədə informasiya fəaliyyəti və əməkdaşlıq məsələsinin müzakirəsinin vacibliyini vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:47 / 09.09.2022
“Azərbaycan mediası islahatların yeni mərhələsinə qədəm qoyub” - Əhməd İsmayılov
Hazırda oxunan: “Azərbaycan mediası islahatların yeni mərhələsinə qədəm qoyub” - Əhməd İsmayılov
Hazırda oxunan: “Azərbaycan mediası islahatların yeni mərhələsinə qədəm qoyub” - Əhməd İsmayılov
92961
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.