Xalq artisti Röya Ayxan komediya aktyoru Nicat Rəhimovla “Dəli kimi” adlı dueti ekranlaşdırıblar.
Bizim.Media xəbər verir ki, klip bu gün musiqi platformalarında, eyni zamanda sənətçinin rəsmi “YouTube” kanalında dinləyicilərin ixtiyarına verilib.
Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında lentə alınan ekran işinin rejissorluğu Leyla Bağırlıya, çəkilişi isə “Beat Group”a həvalə olunub.
Qeyd edək ki, nəğmənin müəllifi Ceyhun Bayramlıdır (Jay Hun), fotolar isə Elbəy Sadıxlıya məxsusdur.
Rəşad Əliyev, Bizim.Media