Bakıda qeyri-adi OLAY - Qayçı udan qadın əməliyyat OLUNDU

Hazırda oxunan: Bakıda qeyri-adi OLAY - Qayçı udan qadın əməliyyat OLUNDU

92892

Bakıda qeyri-adi hadisə yaşanıb. Yad cisim (qayçı) udan qadın 06.09.2022-ci il saat 22:10 radələrində təcili tibbi yardım avtomobili ilə başqa tibb müəssisəsindən Nərimanov Tibb Mərkəzinə yerləşdirilib.

Bu barədə Bizim.Media-ya Nərimanov Tibb Mərkəzindən bildirilib. Tibb müəssisəsində xəstəni ilk olaraq cərrah Emin Quliyev və torokal cərrah Fəyyaz Məmmədov müayinə edib. Kompüter tomoqrafiya (KT) və rentgenoloji müayinələr nəticəsində qida borusunun praksimalında yad cisim (qayçı) aşkarlanıb və xəstə təcili olaraq əməliyyata götürülüb.

Cərrah Emin Quliyevin icra etdiyi əməliyyatda larinqaskopun köməkliyi ilə ağız boşluğu açılıb və yad cisim ağız boşluğundan xaric olunub.
Daha sonra divar aralığında mediastinit təhlükəsi və emfizema aşkarlandığı üçün divar aralığına drenaj qoyularaq əməliyyat yekunlaşıb.

Xəstə bir gün Reanimasiya şöbəsində həkim nəzarəti altında qalıb. Daha sonra palataya köçürülüb. Hazırda müvafiq müalicələrə davam edilir. Xəstənin vəziyyəti isə orta ağır qiymətləndirilir.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin