Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində xırdabuynuzlu heyvan oğurlamaqda və narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, cari ilin fevral ayında fermaların birindən 37 baş xırdabuynuzlu heyvanların oğurlanması ilə bağlı Bərdə RPŞ-yə müraciət daxil olub.
Davam etdirilən tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilən Tural Bayramov istintaq təcridaxanasından müvafiq qaydada şöbəyə gətirilib.
Aparılan araşdırmalarla müəyyən olunub ki, o, yetkinlik yaşına çatmayan qardaşı ilə birlikdə rayonun Mustafaağalı kəndində yerləşən fermadan 37 baş qoyun oğurlayıb.
T.Bayramov heyvanları dəyərindən ucuz qiymətə sataraq zərərçəkmiş şəxsə 8 min manat civarında ziyan vurub.
Bundan başqa Bərdə RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Çingiz Məmmədov da saxlanılıb.
Onun yaşadığı ünvana baxış keçirilən zaman külli miqdarda güclü təsiredici xassəyə malik heroin, eləcə də marixuana aşkar edilərək götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:38 / 09.09.2022
Bərdədə mal-qara oğruları SAXLANILDI
Hazırda oxunan: Bərdədə mal-qara oğruları SAXLANILDI
Hazırda oxunan: Bərdədə mal-qara oğruları SAXLANILDI
92872
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.