Qusar ərazisində dəniz səviyyəsindən 4191 metr yüksəklikdə yerləşən Tufandağa qar yağıb.
Bu barədə Bizim.Media-nın yerli bürosuna Qubanın Xınalıq kəndindən müəllim Səxavət Sultanov məlumat verib.
Bu gün səhər duman olmadığına görə, Xınalıq kəndindən Tufandağa yağan qar aydın görünür. İki gündür Şahdağ və Tufandağa qeyri-sabit hava səbəbindən qar yağdığı bildirilirdi.
Qarın hündürlüyü 1-5 sm təşkil edir.
Tufandağ silsiləsinə yağan ilk qarın fotolarını təqdim edirik.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu