Rusiyalı deputatlar Putinə qarşı çıxdı: “Vətənə xəyanətdə ittiham olunsun” - FOTO 

Hazırda oxunan: Rusiyalı deputatlar Putinə qarşı çıxdı: “Vətənə xəyanətdə ittiham olunsun” - FOTO 

92767

Sankt-Peterburqun Smolninskoye bələdiyyəsinin deputatları Rusiya Federasiyasının Dövlət Dumasını prezident Vladimir Putini dövlətə xəyanətdə ittiham etməyə çağırıb.  

Bizim.Media xəbər verir ki, müraciəti deputat Dmitri Palyuqa Twitter-də yayımlayıb.  

Müraciətdə deyilir ki, Ukraynaya qarşı müharibənin gedişində Rusiya ordusunun “döyüşə hazır bölmələri” məhv edilir, ölkənin “gənc əmək qabiliyyətli” vətəndaşları ölür və əlil olur:  

“Rusiya iqtisadiyyatı əziyyət çəkir. Ölkənin NATO ilə sərhədinin uzunluğu iki dəfədən çox artıb.

Elan edilmiş “Ukraynanın demilitarizasiyası” məqsədi əks effektə gətirib çıxarıb. Xüsusi hərbi əməliyyat zamanı Ukrayna müasir hərbi texnika və 38 milyard dollar məbləğində vəsait alıb.
Bu, Polşa və Kanadanın hərbi büdcəsindən çoxdur. Putinin Ukraynanı işğal etmək qərarı Rusiya və onun vətəndaşlarının təhlükəsizliyinə xələl gətirir”.  

“Bununla əlaqədar olaraq, bələdiyyə deputatı olaraq Dövlət Dumasından Rusiya Federasiyasının prezidentini vəzifəsindən kənarlaşdırmaq üçün ona qarşı dövlətə xəyanət ittihamı irəli sürmək təklifi ilə çıxış etməyinizi xahiş edirik”, - deyə müraciətdə qeyd edilib.  

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin