Dünya şöhrətli pop ulduz Rikki Martin ötən ay qardaşı oğlu tərəfindən qaldırılan ittihamlardan sonra bəraət alıb.
Bizim.Media xəbər verir ki, 50 yaşlı sənətçi 21 yaşlı qardaşı oğlu Dennis Yadiel Sançesə qarşı əks iddia qaldırıb.
Martinin vəkilləri 20 milyon dollar mənəvi təzminat istəyib. Onların fikrincə, qalmaqallı epizod müğənninin reputasiyasına xeyli ziyan vurub.
Hətta baş verən hadisəyə görə Rikkinin bir neçə milyon dollarlıq müqavilələrinə xitam verilib.
Qeyd edək ki, R.Martinin qardaşı oğlu Dennis Yadiel Sançes onu cinsi əlaqəyə məcbur etdiyini iddia etmişdi. Zorlanma hadisəsi sübüt olunduğu halda Rikkini 50 illik həbs cəzası gözləyirdi.
Nəticədə ulduzun vəkilləri onun günahsız olduğunu sübuta yetiriblər.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
15:57 / 08.09.2022
Rikki Martindən qardaşı oğluna qarşı 20 milyonluq TƏZMİNAT
Hazırda oxunan: Rikki Martindən qardaşı oğluna qarşı 20 milyonluq TƏZMİNAT
Hazırda oxunan: Rikki Martindən qardaşı oğluna qarşı 20 milyonluq TƏZMİNAT
92766
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.