Bayden Ukraynaya 675 milyon dollarlıq hərbi yardım paketini təsdiqlədi

Hazırda oxunan: Bayden Ukraynaya 675 milyon dollarlıq hərbi yardım paketini təsdiqlədi

92747

ABŞ prezidenti Co Bayden Kiyevə 675 milyon dollarlıq yeni hərbi yardım paketini təsdiqləyib. 

Bizim.Media xəbər verir ki, bunu Pentaqonun rəhbəri Lloyd Ostin ABŞ-ın Almaniyadakı Ramşteyn hərbi bazasında Ukrayna üzrə təmas qrupunun iclasında deyib.

Onun sözlərinə görə, bu, ötən ilin avqustundan bəri Bayden administrasiyasının ABŞ ehtiyatlarından Ukraynaya 20-ci tədarüküdür. O, qeyd edib ki, yeni hərbi yardım paketinə 105 mm-lik haubitsalar, GMLRS raketləri və artilleriya sursatları daxil olacaq.
Ostin vurğulayıb ki, müttəfiqlərin Ukraynaya hərbi dəstəyi öz bəhrəsini verir:

“Biz döyüş meydanındakı səylərimizdə aydın uğurun şahidi oluruq”.

“The Washington Post” daha əvvəl yazıb ki, yeni yardım paketinə, o cümlədən, HIMARS reaktiv buraxılış sistemləri üçün döyüş sursatları, hərbi maşınlar, əsgərlər üçün avadanlıq və digər texnika daxildir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin