“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi narahatlıq yaradıb - SİYASİLƏRİN MÖVQEYİ 

Hazırda oxunan: “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi narahatlıq yaradıb - SİYASİLƏRİN MÖVQEYİ 

92739

Xəbər verdiyimiz kimi, ölkəmizdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi hazırlanıb. Lakin 39 siyasi partiyanın da təkliflərlə çıxış etdiyi yeni layihə siyasilər tərəfindən heç də birmənalı qarşılanmayıb.

Görək, siyasilərimiz yeni qanun layihəsilə bağlı nə düşünürlər?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn layihə ilə bağlı əvvəlcədən də narahatlıqlarının olduğunu qeyd edib:

“Düşünürəm ki, layihədə Azərbaycanda hazırki ictimai-siyasi şəraitdə siyasi partiyaların birləşmək və fəaliyyət azadlığına xələl gətirə biləcək bir sıra müddəalar var. Bu barədə partiya olaraq geniş formada rəyimiz hazırlanır və partiyadaxili yığıncağımızda müzakirələr aparıldıqdan sonra geniş formada mövqeyimiz ictimaiyyətə elan olunacaq”.
Ağ Partiya başqanı Tural Abbaslı da qanun layihəsilə bağlı mövqe müəyyənləşdirmək üçün partiya iclasının keçiriləcəyini bildirib:

“İlkin olaraq görünən odur ki, partiya quruculuğu istiqamətində tələblər daha da artırılıb. Xüsusən də, 200 təsisçi üzvün 20 il Azərbaycanda yaşamasının zəruriliyi şişirdilmiş məqamdır. Doğrudur, Ağ Partiya yeni layihədə əks olunan öhdəliklərə cavab verir. Partiyaların 95%-nin isə, ümumiyyətlə, tələbləri lazımi zaman müddətində yerinə yetirə biləcəklərini düşünmürəm. 
 

MÖVZU İLƏ BAĞLI:

Partiyaların PAYIZ PLANLARI – Kimisi yubileyə, kimisi isə seçkilərə hazırlaşır…


Ümumilikdə isə əgər qanunun çoxpartiyalılığı nəzərdə tuturdusa, burada tələblərdən daha çox imtiyazların olması lazım idi və gözləntimiz bu yöndə idi. İlkin dinləmələr zamanı bütün fikirlərimizi ifadə edəcəyik. Ümid edirəm ki, hazırki ilkin layihəyə dəyişikliklər ediləcək”.

Ümid Partiyasının sədri İqbal Ağazadə isə qeyd edib ki,  "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin çətin və cəmiyyət üçün, o cümlədən siyasi institutlar üçün qəbul olunmayan bir sıra tərəfləri var:

“Əvvəla, "siyasi partiyalar qeydiyyata alınmırsa, fəaliyyət göstərə bilməzlər" anlayışı düzgün deyil. Bu, bazarda meyvə satmaq deyil ki, piştaxta verməyələr, və yaxud da onların hər hansısa bir şəkildə fəaliyyətinə qadağa qoyalar. 

Eyni zamanda siyasi partiyaların seçkiləri boykot etmək hüququ var. Seçkilərdə iştirak hüququnu da, boykot hüququnu da partiya seçir.

Bundan əlavə, partiyaların qeydiyyatı məsələsi sadələşdirilməlidir, nəinki mürəkkəbləşdirilməlidir.

On min üzvlə siyasi partiya qeydə alınırsa, istər prezident seçkilərində 45 min, istər parlament seçkilərində 450, istərsə də bələdiyyə seçkilərində 25, 50, 100 imza toplanılması ilə bağlı təkliflər indidən gündəmdən çıxarılmalıdır”. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin