Yəhudi əsilli Əməkdar artist Xəyyam Nisanov sinaqoqdan yeni görüntülərini paylaşıb.
Bizim.Media xəbər verir ki, sənətçi dini məbəddə qardaşı oğlu Davidin dini yetkinlik yaşına çatmasını ailəsi ilə birgə qeyd edib.
Həmin anları isə Nisanov sosial şəbəkə hesabında paylaşıb.
Fotolarda Xəyyam başına qoyduğu xüsusi baş örtüyü “yermolka” və üzərinə şal kimi atdığı “talit”lə diqqət çəkib.
Qeyd edək ki, X.Nisanov beş il əvvəl Nərmin adlı xanımla ailə qurub. Cültüyün Hanna adlı üç yaşlı qız övladı var.
Rəşad Əliyev, Bizim.Media