Aktrisa Oksana Rəsulova görünüşündə dəyişiklik edib.
Bizim.Media xəbər verir ki, bir neçə gün əvvəl yeni layihəsi üçün saçlarını sarıldan aktrisa onları yenidən qəhvə rəngə boyadıb.
Bununla yanaşı Oksana bir ay ərzində arıqladığını və çəkisinin 58-dən 53 kiloqrama düşdüyünü yazıb.
Rəsulova görüntülərini sosial şəbəkə hesabında paylaşıb.
Qeyd edək ki, ötən gün Oksana Rəsulova həmkarı və həyat yoldaşı Şəhriyar Əbilovla ayrıldığını açıqlayıb.
Rəşad Əliyev, Bizim.Media