Paşinyanın rus dilində kəkələməsi məsxərəyə qoyuldu - VİDEO

Hazırda oxunan: Paşinyanın rus dilində kəkələməsi məsxərəyə qoyuldu - VİDEO

92585

Bu gün Vladivostok şəhərində keçirilən Uzaq Şərq İqtisadi Forumunda Ermənistanın baş naziri Nikol Paşinyan çıxışı zamanı oxuduğu primitiv mətni ilə zalda oturanları güldürüb, erməni siyasətçilərini isə hiddətləndirib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya ermənilərə məxsus Telegram kanallarında yer alıb.

Mənbə yazır ki, o, bir dəfə də olsun nə Qarabağda müvəqqəti yaşayan ermənilərin öz müqəddəratını təyinetmə hüququndan, nə də erməni hərbi əsirlərin problemindən danışıb.

“Əvəzində rus dilində danışa bilmədiyini bir daha sübut edib və dəfələrlə kəkələyib.

Həmin sessiyada Rusiya prezidenti Vladimir Putin Luqansk və Donetsk kontekstində də olsa, xalqların öz müqəddəratını təyinetmə hüququna dair sualı cavablandırıb.

Belə görünür ki, Ermənistanı təmsil edən şəxs və ölkənin bütün indiki xarici siyasəti Rusiyanın tribunasında “Arsax” (Qarabağdakı qondarma rejim) məsələsində eyni arqumentdən istifadə etməli idi, amma etməyib.

Belə çıxır ki, “Arsax” Nikola lazım deyil. Ona görə ki, onun erməni milli maraqları ilə heç bir əlaqəsi yoxdur.

Putinin yanında oturan Paşinyan xalqların öz müqəddəratını təyinetmə mövzusuna reaksiya verməyib, Kremlin sahibinə sakitcə qulaq asıb. Paşinyan çıxışı zamanı Putinə sübut etməyə çalışıb ki, Ermənistan hakimiyyəti Kremllə heç bir oyun oynamır. Bunun üçün o, 6 dəfə “Ermənistan Rusiyanın strateji müttəfiqidir” sözlərini təkrar edib.

Təbii ki, ruslar Ermənistanın “məxməri” hakimiyyətinin Rusiyaya qarşı real münasibəti barədə dolğun məlumata malikdirlər və erməni tərəfinin bunun əksini göstərmək (yəni, sadəcə göstərmək) cəhdləri istər-istəməz qarşı tərəfdə Ermənistana qarşı daha da inamsızlıq yaradır. 

Paşinyan “Arsax respublikası”nın legitimliyi və hətta mövcudluğu haqqında bir kəlmə belə deməyib. Bu isə bir daha təsdiq edir ki, Ermənistan “Arsax”ın müstəqillik prinsipindən tamamilə imtina edib.

Əgər erməni nümayəndə heyətinin səfərinin mənası Ermənistan hakimiyyətinə Rusiya tərəfindən artan inamsızlığı aradan qaldırmaq idisə, bu, tam əksinə olub. 

Bir sözlə, Ermənistan hakimiyyətində hər şey “planlı” ssenari üzrə gedir”, - deyə mənbə qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin