Sergey Markovdan ŞOK BƏYANAT: “Daha hansı ermənilər Rusiyanı tərk etməyə hazırlaşır?” - VİDEO

Hazırda oxunan: Sergey Markovdan ŞOK BƏYANAT: “Daha hansı ermənilər Rusiyanı tərk etməyə hazırlaşır?” - VİDEO

92581

“Ruben Vardanyanın Rusiya vətəndaşlığından imtina etməsi sadəcə xəyanətkarlıqdır. Vardanyan dar macalda ona hər şeyi verən bir ölkəni satdı”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiyalı politoloq Sergey Markov erməni milyarder Ruben Vardanyanın son bəyanatını dəyərləndirərkən deyib. Politoloq videoçıxışında qeyd edib ki, Ruben Vardanyan bəyan elədi ki, Azərbaycana gəlir. Axı, Qarabağ Azərbaycandır.

Onun getdiyi yer Azərbaycan torpağıdır:

“Baxmayaraq ki, Vardanyan bu cür düşünmür. O, heç Azərbaycan vətəndaşlığı almağa da hazırlaşmır. O sadəcə separatçıların lideri olmaq istəyir. Əslində bu istək də keçicidir. O bu gedişdən tranplin kimi istifadə etmək istəyir. Ya Ermənistanın baş naziri, ya da ki, prezident postuna. 

Amma Rusiyada bir çoxları həm də düşünür ki, Vardanyanın bu addımı hakimiyyət iddiasından daha çox Rusiyada batmaqda olan milyonlarını xilas etmək istəyidir. Vardanyan əlahiddə bir bicliyə əl atıb.
O Qarabağa getməklə və Rusiya vətəndaşlığından imtina etməklə Qərbin və ABŞ-ın anti-Rusiya sanksiyalarından qurtulmaq istəyir.

Rusların fikrincə onun Rusiya vətəndaşlığından imtina etməsi sadəcə xəyanətkarlıq, alçaqlıqdır. Vardanyan dar macalda ona hər şeyi verən bir ölkəni satdı”.

Sergey Markov əlavə edib ki, “bu gün Rus cəmiyyətində ən çox müzakirə olunan suallardan biri budur ki, erməni diasporundan daha kimlər Vardanyanın yoluyla gedəcək və ağır gündə erməni bicliyi ilə sanksiyalardan yayınmağa çalışacaq?”
Daha ətraflı aşağıdakı videoda:

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin