Masallıda ana və iki uşağının yanaraq ölməsi faktı ilə bağlı araşdırmalara başlanılıb.
Bizim.Media xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Masallı rayonunun Hüseynhacılı kəndində iki mərtəbəli evdə 3 nəfərin ölümü ilə baş verən yanğınla bağlı Masallı rayon Prokurorluğunda araşdırma aparılır, zəruri istintaq tədbirləri həyata keçirilir.
Qeyd edək ki, ötən gün Masallı rayonunun Hüseynhacılı kəndində ikimərtəbəli evdə baş verən yanğın zamanı 1984-cü il təvəllüdlü Gülnaz Kəlbiyeva və övladları – 2012-ci il təvəllüdlü Elbrus Kəlbizadə və 2011-ci il təvəllüdlü Elgiz Kəlbizadə yanaraq ölüblər.
Evdə olan iki nəfər - 1959-cu il təvəllüdlü Nərminə Kəlbiyeva və ailəyə qonaq gələn Rusiya vətəndaşı - 1991-ci il təvəllüdlü İsmayıl Abbasov xəsarət alıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:03 / 07.09.2022
Masallıda ana və iki uşağının yanıb ölməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Masallıda ana və iki uşağının yanıb ölməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Masallıda ana və iki uşağının yanıb ölməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
92486
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.