Quba rayonunda qətl hadisəsi törətməkdə ittiham olunan 1968-ci il təvəllüdlü Kərim Baxışovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Bizim.Media xəbər verir ki, cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Fəhmin Hümbətovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə prosesi başlayacaq.
İttihama görə, bu il iyunun 3-də Quba rayon sakini, 1963-cü il təvəllüdlü Eldar Hacıyevin rayonun Çartəpə kəndində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla onu tanışı Kərim Baxışovun yaşadığı evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək öldürülməsi müəyyən edilib.
Müəyyən edilib ki, qətl qısqanclıq zəminində törədilib.
Belə ki, Kərim Baxışov gecə saatlarında evinə gələn Eldar Hacıyev ilə mübahisə edib.
Qısqanclıq zəminində baş verən mübahisə münaqişəyə çevrilib və sonda qətl hadisəsi baş verib.
Qeyd edək ki, Kərim Baxışov Eldar Hacıyevin təsərrüfatında fəhlə işləyirmiş.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:49 / 07.09.2022
Qubada qısqanclıq zəminində qətl törədən şəxs HAKİM QARŞISINDA
Hazırda oxunan: Qubada qısqanclıq zəminində qətl törədən şəxs HAKİM QARŞISINDA
Hazırda oxunan: Qubada qısqanclıq zəminində qətl törədən şəxs HAKİM QARŞISINDA
92466
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.