Dövlət qurumlarına məxsus 375 avtomobil satıldı

Hazırda oxunan: Dövlət qurumlarına məxsus 375 avtomobil satıldı

92433

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ilin yanvar-avqust aylarında nəqliyyat vasitələrinin də özəlləşdirilməyə çıxarıldığı 29 hərrac keçirilib.

Xidmətdən Bizim.Media-ya bildirilib ki, hərraclara çıxarılan 721 nəqliyyat vasitəsindən 375-i satılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 dəfə çoxdur.

Nəqliyyat vasitələrinə olan sifarişlərin çoxluğu hərracları daha rəqabətli edib. Belə ki, səkkiz ay ərzində nəqliyyat vasitələri üzrə ümumilikdə ilkin satış qiyməti 1 milyon 467 min 785 manat olsa da, rəqabətli hərrac nəticəsində bu, 1 milyon 843 min 318 manat olub.
Səkkiz ayda nəqliyyat vasitələrinin özəlləşdirilməsindən dövlət büdcəsinə daxil olan vəsait ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 dəfə çoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin