“Rusiya Ermənistandan hərbi qisas ala bilər” – Tofiq Zülfüqarovdan PROQNOZ

Hazırda oxunan: “Rusiya Ermənistandan hərbi qisas ala bilər” – Tofiq Zülfüqarovdan PROQNOZ

92402

“Ermənistanın Rusiyadan uzaqlaşması prosesi aktiv fazaya daxil olur və buna görə də İrəvan rəsmilərinin ABŞ-dan olan tərəfdaşlarla təmasları tez-tez baş verir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, artıq Ermənistan üçün təhlükəli mərhələ gəlir, çünki Rusiyanın təhlükəsizlik sistemi Qərb sistemi ilə əvəz olunmalıdır:

“Status mövzusu ilə Minsk Qrupunu sıxışdırmaq taktikası Ermənistanı və onun himayədarlarını Azərbaycanı Zəngəzur məsələsində qarşılıqlı addımı atması üçün imkan yaratdı. Belə olan halda isə Rusiyanın “təhlükəsizlik çətiri”nin Qərb çətiri ilə əvəz edilmədən ləğvi Moskvanın açıq dəstəyilə birlikdə Azərbaycanın Zəngəzurda lazımi addımlar atması üçün imkanlar yaradır”.
Zülfüqarovun fikrincə, belə bir şəraitdə İrəvan üçün müdafiənin yeganə forması Ermənistanın siyasi və hərbi infrastrukturunun Qarabağdan nümayişkaranə şəkildə çıxarılmasıdır:

“Lakin “demokratik uzaqlaşdırma” ilə yanaşı, xaricdəki erməni diasporunun imkanlarından fəal şəkildə istifadə etməklə sülhməramlıların fəaliyyəti zonasında “müstəqil” siyasi və hərbi strukturların formalaşdırılmasına cəhd göstəriləcək. Bundan əlavə, Paşinyanla “araiklər” arasında düşmənçilik imitasiyası da istisna edilmir. Eyni zamanda Azərbaycan tərəfinə də “yeni araiklər”lə birbaşa təmasların qurulması istiqamətində tövsiyələr veriləcək. Erməni separatçılarının "partizan hərəkatı" yaratmaq üçün SPM-nin məsuliyyət sahəsinin perimetri boyunca gərginlik yaratması da mümkündür”.

Sabiq nazirin sözlərinə görə, əgər Ermənistan bu strategiya ilə hərəkət edərsə, planın çatışmayan tərəflərini də nəzərə almalıdır:

“Birincisi, bu hərəkət modelinin həyata keçirilməsi üçün lazım olan Rusiya ilə Qərb arasında koordinasiyanın mövcud deyil;

İkincisi, Ermənistanın Qərbə doğru istiqamət götürmək istəyi kontekstində Moskva ilə İrəvan arasında ziddiyyətlərin mümkün kəskinləşməsi və nəticədə Rusiya Federasiyasının rəhbərliyi tərəfindən hərbi-siyasi "qisas" ehtimalının mövcudluğu;

Üçüncüsü, Azərbaycanın pilotsuz kəşfiyyat vasitələri ilə zonaya tam nəzarət şəraitində “partizan” hərəkatının yaradılmasının mümkünsüzlüyü.

Yuxarıda sadalananlara əsaslanaraq demək olar ki, Sülh Sazişinin hazırlanması və mümkün qədər tez imzalanması cəhdi mümkün deyil və bu, əsas problemi həll etməyəcək.
Bu problemin həlli ondan ibarətidir ki, ekspansiya siyasətinin rədd edilməsi erməni siyasi elitası tərəfindən tam şəkildə qəbul edilməlidir. İrəvanın sülh prosesini uzatmaq və ya imitasiya etmək cəhdləri isə əbəsdir”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin