Dünyanın ən zəngin insanlarının BÜRCLƏRİ – İLK ONLUQ

Hazırda oxunan: Dünyanın ən zəngin insanlarının BÜRCLƏRİ – İLK ONLUQ

92399

Bəzi insanlar var ki, onlar bu dünyaya bizneslə məşğul olmaq üçün gəliblər. Onlar risk etməkdən qorxmur, idarəetməni əla bacarır və proqressiv fikirlərə malikdirlər. Digər tərəfdən biznesdə uğur əldə etmək üçün pulun əsiri olmamaq da şərtdir ki, bu tip insanlarda bu özəllik də mövcuddur.

Dünyanın ən zənginləri siyahısının ilk 10-luğuna da baxdıqda görə bilərik ki, uğurlu biznesmen olmaqda hansı bürc altında doğulmağızın da böyük rolu var.

Bizim.Media “Forbes” nəşrinin araşdırmasına görə, 2022-ci ildə dünyanın ən zəngin insanlarının bürclərini araşdırıb. 

1. İlon Mask. Siyahının ilk pilləsində qərarlaşan “Tesla” CEO-sunun sərvəti 219 milyard dollardır. O, Xərçəng bürcündəndir.

2. Cef Bezos – “Amazon” şirkətinin sahibi olan Bezosun sərvəti isə 171 milyard dollardır. Oğlaq bürcü altında doğulub.

3. Bernar Arnold –Siyahının 3-cü pilləsində qərarlaşan fransız iş adamı Arnoldun bürcünün istisnası da saymaq olar. Sərvətinin həcmi 158 milyard dollar olan biznesmen balıqlar bürcünün nümayəndəsidir.

4. Bill Geyts – Uzun müddət bu siyahı öncüllük edən “Microsoft”un qurucusu Qeyts 129 milyardlıq sərvətə sahibdir. O, əqrəbdir.

5. Varren Baffet – Siyahının ən qocamanı 76 yaşlı Baffetin sərvəti Qeytsdən 11 milyard azdır. Bürcü qızdır.

6. Larri Peyc – Amerikalı iş adamı 111 milyardlıq sərvəti ilə siyahının 6-cı pilləsindədir. Qoçdur.

7. Sergey Brin – Siyahıdakı amerikalılardan daha biri olan Brinin sərvəti isə Peycdən 4 milyard daha azdır. O, şir bürcünün nümayəndəsidir.

8. Lari Elisson – “Oracle” şirkətinin sahibi olan Elissonun 106 milyard dollara sahibdir. Lari də şir bürcü altında doğulub.

9. Stiv Balmer – “Microsoft”un əsas hissədarlarından olan Stiv Balmerin sərvəti 91 milyard dollardır. Qoçdur.

10. Mukeş Ambani – Hindistanın ən zəngin insanı olan sənaye maqnatının 90,7 milyard sərvəti var. Balmer kimi o da qoç bürcündəndir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin