102-yə ən çox niyə zəng edirlər? - SİYAHI 

Hazırda oxunan: 102-yə ən çox niyə zəng edirlər? - SİYAHI 

92376

"102" - Zəng Mərkəzi Sisteminin rəisi Aygün Hümbətova açıqlamasında  bir gün ərzində qaynar xəttə təxminən 4500 zəng daxil olduğunu deyib. Onun sözlərinə görə, zənglərin təxminən mini hadisə və cinayətlərlə bağlı olur. Digərləri isə polisə aid olmayan mövzular olur. 

Bəs, 102-yə ən çox nə üçün zəng edilir? 

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı DİN Mətbuat Xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, "102" Zəng Mərkəzinə müxtəlif məzmunlu müraciətlər daxil olur.

Daxil olan bütün müracətlərə çevik reaksiya verilməklə müvafiq Baş İdarə, idarə, şöbə bölmələrə yönəldilir. Heç bir müraciətə “əsassızdır, səhvdir”, deyə etinasız yanaşılmır, müraciət müəllifinə belə hallarda da izahedici məlumat-cavablar verilir. 

Yalan məlumat vermə halı çoxluq təşkil etmir, çünki yalan məlumat vermə hüqiqi məsuliyyət yaradır.  

Cəmiyyətə məlumdur ki, verilən hər bir məlumat mütləq yoxlanılır. "102" Zəng Mərkəzinin fəaliyyəti elə təşkil olunub ki, bütün daxil olan zənglər, müraciətlərin rəqəmsal qeydiyyat-uçotu aparılır.  

Daxil olan müracətlər sırasında isə bunlar çoxluq təşkil edir: 

1. onlayn dələduzluq 

2.sosial şəbəkələrlə bağlı vətəndaşların qarşılaşdıqları neqativ hallar 

3.məişət səs-küyü  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin