Yorğunluq əlaməti sosial şəbəkədə yeni trendə çevrildi - VİDEO

Hazırda oxunan: Yorğunluq əlaməti sosial şəbəkədə yeni trendə çevrildi - VİDEO

9237

Yorğunluq və yuxusuzluğun əsas əlaməti olan gözaltı kölgələr sosial şəbəkədə yeni trendə çevrilib.

Bizim.Media xəbər verir ki, bu barədə Lenta.ru xəbər yayıb.

İlk dəfə belə bir video “sarathefreeelf” ləqəbli istifadəçi tərəfindən ortaya atılıb. Kadrlarda o, gözlərinin altına tünd rəngli dodaq qələmi çəkir və barmaqları ilə yayır. Paylaşım sosial şəbəkədə virus kimi yayılaraq 6,5 milyon baxış toplayıb.

Onun ardınca “daniellemarcan” ləqəbli bloqer oxşar video paylaşıb. Onun videosuna da 4.7 milyon dəfədən çox baxılıb.

Bundan sonra sosial şəbəkələrdə gənc qızlar buna oxşar foto və video paylaşmağa başlayıblar.

İstifadəçilər təsvir olunan makiyajla bağlı zarafatlarını da bölüşüblər.

Onlar paylaşımlarının altından “Demək istəyirsiniz ki, illərdir gözaltı kölgələrdən qurtulmağa çalışdım ki, sonradan trend olsun?”, “İstəsəniz gözümün altındakı qaraları sizə verə bilərəm”, “Dəbli olmaq üçün qəsdən yatmıram”, “Mənə heç çəkməyə ehtiyac yoxdur” - kimi şərhlər yazıblar. (oxu)

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin