Boris Consonun istefası Britaniya kraliçası tərəfindən qəbul edilib.
Bizim.Media "Reuters"ə istinadən xəbər verir ki, Boris Conson Baş nazir postundan istefasını Böyük Britaniya kraliçası II Yelizavetaya Şotlandiyadakı Balmoral qəsrində təqdim edib.
Bukinqem Sarayı onun istefasının Böyük Britaniya kraliçası II Yelizaveta tərəfindən qəbul edildiyini bildirib.
Boris Consondan sonra isə Liz Trass kraliça ilə görüşmək üçün Balmoral qəsrinə gəlib. Liz Trass kraliça tərəfindən ölkənin növbəti Baş naziri kimi hökuməti qurmağa dəvət edilib.
Boris Conson Balmoral qəsrini tərk etdikdən bir neçə dəqiqə sonra Twitter-də tərcümeyi-halını dəyişərək "keçmiş baş nazir" sözlərini əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:56 / 06.09.2022
Britaniya kraliçası Consonun istefasını qəbul etdi - FOTO
Hazırda oxunan: Britaniya kraliçası Consonun istefasını qəbul etdi - FOTO
Hazırda oxunan: Britaniya kraliçası Consonun istefasını qəbul etdi - FOTO
92367
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.