“Milyarder Ruben Vardanyan Rusiya vətəndaşlığından ona görə imtina etdi ki, Ermənistandakı yeni misiyasında daha sərbəst olsun. Rusiya vətəndaşlığından çıxmaqla o, Avropada olan sərvətini qorumağa çalışır. Bu işdə Erməni lobbisinin dəstəyinə arxalandığı üçün bir növ Qarabağa gəlməklə, tam şəkildə onların inamını doğruldacağına ümid edir”.
Bu fikriləri Rusiyalı hərbi-siyasi ekspert İqor Korotçenko Bizim.Media-ya açıqlamasında bildirib.
O, Rusiya vətəndaşlığından imtina edən Vardanyanı spekulyant və xəyəanətkar adalandırıb.
Korotçenko qeyd edib ki, erməni diasporunun dəstəyi ilə o, çalışacaq ki, Qarabağda sallaqxana keçisi olsun, yeni qarşıdurmalar yaratsın. Amma bu artıq keçmişdə qaldı:
“Ermənilər nə etsələr də, onlar üçün 2020-ci ildə Azərbaycan və Ermənistan liderləri arasnda imzalanan 10 noyabr bəyanatının alternativi yoxdur və bundan sonra da, olmayacaq. Nə Vardanyan, nə də başqası bütün cəhdlərinə baxmayaraq, Qarabağı Azərbaycandan ayıra bilməyəcək.
Qarabağ Azərbaycandır! Azərbaycan tezliklə Qarabağ ərazisində yerləşən qanunsuz silahlı qüvvələri oradan çıxaracaq. Bütün erməni separatçıları Qarabağı tərk edəcək və Azərbaycan bayrağı bütün Qarabağın üzərində dalğalanacaq”.
Leyla Şah, Bizim.Media
- A-
- A
- A+
Region
13:05 / 06.09.2022
Korotçenko erməni milyarderinin planlarını AÇDI: “Vardanyan spekulyant və xəyanətkardır”
Hazırda oxunan: Korotçenko erməni milyarderinin planlarını AÇDI: “Vardanyan spekulyant və xəyanətkardır”
Hazırda oxunan: Korotçenko erməni milyarderinin planlarını AÇDI: “Vardanyan spekulyant və xəyanətkardır”
92322
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.