Prezident İlham Əliyevin tapşırığı ilə icra olunan yeni sosial dəstək proqramı çərçivəsində birdəfəlik ödəmə ilə təmin edilən müharibə əlillərinin sayı artıq 14 000-i ötüb.
Bu barədə Bizim.Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, proqram 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxsləri, onlardan vəfat edənlərin vərəsələrini əhatə edir. Onlara proaktiv qaydada birdəfəlik ödəmə təyin edildikdən sonra həmin vəsait bank hesablarına köçürülür və bu barədə SMS göndərilir.
Birdəfəlik ödəmə ilə təminatı prosesi davam edir.
E-sistemlərdə, habelə müvafiq arxivlərdə 1997-ci ilin 2 avqust tarixinədək hərbi xidmət zamanı aldığı xəsarətlə bağlı məlumat olmadığı üçün proaktiv qaydada birdəfəlik ödəmə təyin edilməmiş şəxslər, habelə birdəfəlik ödəməni almaq hüququ olan şəxs vəfat etmişsə vərəsələri müvafiq sənədləri sosial.gov.az/post_576347 linkində qeyd edilən qaydada təqdim etdikdə onlara da qeyd olunan ödənişlər təyin olunaraq hesablarına köçürülür.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:51 / 06.09.2022
Birdəfəlik ödəmə təyin olunan müharibə əlillərinin sayı 14 mini ötdü
Hazırda oxunan: Birdəfəlik ödəmə təyin olunan müharibə əlillərinin sayı 14 mini ötdü
Hazırda oxunan: Birdəfəlik ödəmə təyin olunan müharibə əlillərinin sayı 14 mini ötdü
92319
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.