2022-ci ilin əvvəlindən 419 min nəfər Rusiyanı tərk edib. Bu da 2021-ci ilin eyni dövrü ilə (202 min) müqayisədə iki dəfə çoxdur.
Bizim.Media xəbər verir ki, informasiyanı Federal Dövlət Statistika Xidməti (Rosstat) yayıb.
Qurum qeyd edir ki, miqrasiya axını bir il 96 min nəfər (əvvəlki ildə 114 min) təşkil edib.
Ruslar daha çox MDB ölkələrində qalıb. 368 min nəfər gedib, 294 min nəfər geri qayıdıb.
MDB ölkələrinə miqrasiya axını 2021-ci ildəki 111 minə qarşı 73 min nəfər olub. 50 mindən çox rusiyalı qeyri-MDB ölkələrinə səfər edib, 27 mini geri qayıdıb.
Ən çox ruslar Ukrayna (79,6 min), Tacikistan (58,4 min), Ermənistan (49 min), Qırğızıstan (43,6 min), Qazaxıstan (40,7 min) və Özbəkistana (38,6 min) gediblər.
Qeyri-MDB ölkələri arasında Çin (6,6 min), Vyetnam (5,4 min), Hindistan (4,1 min) ilk üçlükdədir.
Rosstatın məlumatına görə, ilin əvvəlindən Rusiyada əhalinin sayı 480,6 min nəfər və ya 0,33% azalıb. Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin eyni dövrü ərzində Rusiyanın əhalisi 307,7 min nəfər (və ya 0,21%) azalıb.
Bizim.Media
- A-
- A
- A+
Region
10:41 / 06.09.2022
Rusiyadan köç dalğası - 400 mindən çox insan ölkəni tərk etdi
Hazırda oxunan: Rusiyadan köç dalğası - 400 mindən çox insan ölkəni tərk etdi
Hazırda oxunan: Rusiyadan köç dalğası - 400 mindən çox insan ölkəni tərk etdi
92275
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.