Şəbnəmdən Nüşabəyə: “Utanmırsan?” - VİDEO

Hazırda oxunan: Şəbnəmdən Nüşabəyə: “Utanmırsan?” - VİDEO

92259

“Mən ikiüzlülüyü, oynamağı sevən insan deyiləm. Nəyəmsə buyam. Efirdə və həyatda necə olduğumu hamı bilir. Nüşabənin sözlərindən incimədim. Onun söylədiyi çox şeylər yalnış idi. Telefonumun zəngini açmadı. Getdim blokunun qarşısına dedim ki, düş aşağı, sənə sözüm var.

Nüşabə məni görəndə elə düşündü ki, onunla dalaşacağam. O vaxt sərt idim, sonra isə bir az mülayimləşdim. Ərkyana ona söylədim ki, utanmırsan, ayıb deyil,  bu nə hoqqadır çıxarırsan, dərdin nədir?”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu qonaq olduğu “YouTube”da yayımlanan “Tarix Əliyev ilə Səmimi” layihəsində deyib. 

Bir müddət əvvəl müğənni Nüşabə Musayevanın “Şəbnəm Tovuzlunun ifasında dinlədiyim mahnılar var. Amma o, ikili oyun oynayır. Çox sünidir, pafosludur, özü deyil” söylədiyi sözlərə qarşı tərəfdən cavab gəlib. 

Tovuzlu bildirib ki, Musayeva ilə münasibətlərinin korlanmasında ona söylədiyi iradlar olub. 

“Nüşabə ilə aramızın dəyməsinə səbəb, populyarlığına görə xoşaqəlməz oyunları, rəqsləri oldu. Ona bacı kimi söylədim ki, iki qızın var, bu cür rəqslər etmə. Dediyim sözlər onun xoşuna gəlmədi.

Nüşabənin həyatında olan bir şəxsi ona layiq görmədim. O şəxslə ayrıldı. Oğlan onun başına oyun açdı. Sonra ona dedim ki, gördün, mən deyən oldu. Buna görə incimişdi məndən”. 

Nüşabənin “Hansı qadın Şəbnəmin həyatını yaşamaq istəyər ki? Şəbnəm xoşbəxt deyil” fikirlərinə Şəbnəm belə reaksiya bildirib.  

“Nüşabə çox yaxşı bilir ki, mən xoşbəxtəm. Övladlarıma və həyat yoldaşıma sevgimi göstəriş üçün etmirəm. Həqiqətən xoşbəxtəm”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin