Sosial şəbəkələrdə bəzi fiziki və hüquqi şəxslər tərəfindən uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya attestatının və mənşə sertifikatının verilməsi xidmətləri təklif olunur.
Bizim.Media xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu cür təkliflərlə üzləşən sahibkarları diqqətli olmağa çağırır və bu xidmətləri təklif edən vasitəçi fiziki və hüquqi şəxslərin xidmətlərindən istifadə etməmələrini tövsiyə edir.
Bu cür faktlarla rastlaşan sahibkarların Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.
Bildirilir ki, mənşə sertifikatlarının və uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya attestatının verilməsi yalnız Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin səlahiyyətindədir.
Sahibkarlıq subyektləri mənşə sertifikatlarını elektron qaydada İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsi vasitəsilə e-services.economy.gov.az linkə keçid edərək ala bilərlər.
Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiyadan keçmək istəyən qurumlar isə Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsə müraciət etməlidirlər.
Sahibkarlıq subyektləri uyğunluq sertifikatlarını vermək səlahiyyəti olan qurumların siyahısı barədə məlumatları “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsin rəsmi internet səhifəsindən accreditation.gov.az əldə edə bilərlər.
Qeyd olunan faktlarla bağlı araşdırmalar aparılır və qanunsuz xidmətləri təklif edən şəxslərə qarşı qanunamüvafiq tədbirlər görülür.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:06 / 05.09.2022
Dövlət Xidməti sahibkarlara ÇAĞIRIŞ ETDİ
Hazırda oxunan: Dövlət Xidməti sahibkarlara ÇAĞIRIŞ ETDİ
Hazırda oxunan: Dövlət Xidməti sahibkarlara ÇAĞIRIŞ ETDİ
92162
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.