Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Komissiyası “Silah dövriyyəsinin tənzimlənməsi haqqında” qanuna genişmiqyaslı düzəlişlər paketini müzakirə edib.
Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, düzəlişlər paketini hakim “Vətəndaş Müqaviləsi” partiyasının fraksiyasının deputatları təqdim ediblər.
Müəlliflər arasında Müdafiə və Təhlükəsizlik Komissiyasının sədri Andranik Köçəryan, həmin komissiyanın üzvləri Armen Xaçatryan və Vilen Qabrielyan da var.
Qanun layihəsini təqdim edən Qabrielyan vətəndaşlara özünümüdafiə məqsədilə silaha sahib olmaq hüququnun verilməsini təklif edib.
O, qeyd edib ki, mövcud qanunvericilik mahiyyətcə sovet dövründə qüvvədə olan tənzimləmənin təkrarıdır. Ov və idman silahları vətəndaşlara, özünümüdafiə silahları isə yalnız hüquq-mühafizə orqanlarının əməkdaşlarına veriləcək.
Qanun layihəsinə görə, hər bir vətəndaşa saxlamaq və gəzdirmək icazəsi ilə 10 mülki silah, habelə silah kolleksiyası yaratmaq və ya nümayiş etdirmək üçün qeyri-məhdud sayda silah almağa icazə verilir.
Alınan silah 10 gün ərzində qeydiyyata alınmalıdır.
Qabrielyanın sözlərinə görə, təklif olunan qanun layihəsində özünümüdafiə aspektləri də müəyyən edilib, yəni vətəndaşın silahdan istifadə etmək hüququna malik olduğu hallar göstərilib.
Bizim.Media
- A-
- A
- A+
Region
15:40 / 05.09.2022
Paşinyanın partiyası erməniləri silahlandırır – NİYƏ QORXURLAR?
Hazırda oxunan: Paşinyanın partiyası erməniləri silahlandırır – NİYƏ QORXURLAR?
Hazırda oxunan: Paşinyanın partiyası erməniləri silahlandırır – NİYƏ QORXURLAR?
92155
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.