Yəhudi əsilli ABŞ professoru və Amerika Elmi Siyasi Assosiasiyasının Xarici Siyasət Bölməsinin keçmiş prezidenti Brenda Şaffer öz tvitter hesabında İranda həbs olunan azərbaycanlı fəallarla bağlı paylaşım edib.
Bizim.Media məlumat verir ki, o, əslən Urmiyadan olan Ali Rıza Kuluncu adlı jurnalistin paylaşımını retvit edib.
Kuluncu paylaşımında İran həbsxanalarında aclıq aksiyasına başlayan azərbaycanlı fəalların sayının artması ilə bağlı məlumat verib.
Beynəlxalq münasibətlərdə enerji və Qafqaz regionunda enerji təhlükəsizliyi üzrə ekspert olan Şaffer azərbaycanlı fəalların 44 günlük Vətən Müharibəsi dövründə İranın Ermənistana dəstək verməsi ilə bağlı etirazlara görə həbs olunduğunu qeyd edib.
Xatırladaq ki, Azərbaycan və Ermənistan arasındakı 44 günlük müharibə dövründə İranın Ermənistana silah daşıması Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın ciddi etirazlarına səbəb olub.
Nəticədə silah daşınmasına mane olmağa çalışan və İranın Ermənistanla bağlı siyasətinə etiraz edən 100-ə yaxın azərbaycanlı fəal həbs olunmuşdu. Onların bir qismi azadlığa buraxılsa da, 18 nəfərin hələ də ağır şəraitli həbsxanalarda saxlanıldığı qeyd olunur.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
19:25 / 21.01.2021
Yəhudi professor İranda həbs olunan azərbaycanlılardan yazdı
Hazırda oxunan: Yəhudi professor İranda həbs olunan azərbaycanlılardan yazdı
Hazırda oxunan: Yəhudi professor İranda həbs olunan azərbaycanlılardan yazdı
9213
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.