“Cənub Qaz Dəhlizi”nin xalis mənfəəti kəskin artıb

Hazırda oxunan: “Cənub Qaz Dəhlizi”nin xalis mənfəəti kəskin artıb

92107

“Cənub Qaz Dəhlizi” QSC (SGC) 2021-ci ili 795,397 milyon ABŞ dolları xalis mənfəətlə başa vurub.

Bizim.Media xəbər verir ki, bu barədə qurumun maliyyə hesabatında bildirilir. 

Bildirilir ki, bu, 2020-ci illə müqayisədə 60,8 dəfə çoxdur.

Ötən il SGC-nin əməliyyat gəlirləri 1 763,092 milyon dollar (əvvəlki ilə nisbətən 2 dəfə çox), satışının maya dəyəri 328,717 milyon dollar (11,2 % çox), ümumi və inzibati xərcləri 265,62 milyon dollar (24,8 % çox), nəqletmə xərcləri 64,338 milyon dollar (3,5 dəfə çox), digər gəlirləri 26,293 milyon manat (8,5% az), faiz gəlirləri 34,001 milyon dollar (9 % az), asılı müəssisələrdən gəlirləri 68,38 milyon dollar (4 dəfə çox), maliyyə xərcləri 417,343 milyon dollar (5,5 % çox), məzənnə fərqindən zərəri 2,718 milyon dollar (64,8 % çox), mənfəət vergisi ödəmələri isə 17,633 milyon dollar (2,2 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə SGC-nin aktivləri 12 672,722 milyon dollar olub ki, bu da illik müqayisədə 0,03 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 8,5 % azalaraq 8 647,504 milyon dollara düşüb, balans kapitalı isə 24,7 % artaraq 4 025,218 milyon dollara çatıb.

Xatırladaq ki, SGC ölkə prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli sərəncamı əsasında,“Şahdəniz” qaz-kondensat yatağının tam miqyaslı istismarı, Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrində dövlətin iştirak paylarının birləşdirilməsi, idarə edilməsi və maliyyələşdirilməsi məqsədi ilə yaradılıb.

Onun nizamnamə kapitalı 2 415,8 milyon dollardır. Şirkətin səhmlərinin 51%-i İqtisadiyyat Nazirliyinə, 49%-i isə Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin