Daxili Qoşunların yaralı hərbçisi şəhid oldu

Hazırda oxunan: Daxili Qoşunların yaralı hərbçisi şəhid oldu

9206

Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların yaralı hərbçisi bu gün şəhid olub.

Bizim.Media xəbər verir ki, bu barədə  DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Daxili Qoşunlarının hərbi qulluqçusu, çavuş Elşən Quluzadə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmancasına döyüşərkən ağır yaralandığına görə tibb müəssisəsinə yerləşdirilmişdi.

Həkimlərin bütün səylərinə baxmayaraq o, bu gün – yanvarın 21-də şəhidlik zirvəzinə ucalıb.

Şəhidimizlə vida mərasimində Azərbaycan daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov və nazir müavinləri iştirak ediblər. Şəhid Elşən Quluzadənin cənazəsi polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçularının müşaiyəti ilə doğulub boya-başa çatdığı Füzuli rayonuna aparılaraq orada dəfn ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin