"Mənə dəstək olan hamıya təşəkkür edirəm. Bakıda qızıl medal qazandığım üçün xoşbəxtəm. Hər şey super alındı. Tamaşaçıların dəstəyi məni qələbəyə ruhlandırdı. Mən də öz növbəmdə onları sevindirdim. 3 qızıl və 3 bürünc medal əla nəticədir".
Bizim.Media xəbər verir ki, bunu "Report"a açıqlamasında Bakıdakı Premyer Liqa turnirində qızıl medal qazanan Azərbaycanın qadın karateçisi İrina Zaretskaya deyib.
68 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı qələbə münasibətilə bütün karateçiləri təbrik edib:
"Bu cür nəticə üçün çox çalışmışdıq. Azərbaycan Premyer Liqa turnirində heç vaxt bu qədər qızıl medal qazanmamışdı. Doğma divarlar arasında bütün gücünü ortaya qoyursan. Çünki zaldak könüllülər də səni dəstəkləyir. Yerli publika hər xal uğrunda səninlə birlikdə mübarizə aparır. Hakimlərin qazandığın xalı qeydə almaqdan başqa yolu olmur. Özünü akula kimi hiss edirsən və qan qoxusu aldıqda daha irəli gedirsən".
Bizim.Media
- A-
- A
- A+
İdman
06:50 / 05.09.2022
"Bakıda döyüşəndə özümü akula kimi hiss edirəm" - İrina Zaretskaya
Hazırda oxunan: "Bakıda döyüşəndə özümü akula kimi hiss edirəm" - İrina Zaretskaya
Hazırda oxunan: "Bakıda döyüşəndə özümü akula kimi hiss edirəm" - İrina Zaretskaya
92021
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.