Rusiyanın Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışacağı mövzu Ukraynadakı vəziyyətin həlli üçün öz şərtlərinin yerinə yetirilməsidir.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu bazar günü Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
Jurnalist Pavel Zarubin Kremlin sözçüsündən Zelenskinin vəziyyəti sülh yolu ilə həll etmək istəməməsi ilə bağlı açıqlamasından sonra Moskvanın onunla danışacaq bir şeyin olub-olmadığını soruşub.
“Əlbəttə, şərtlərimiz yerinə yetirilərsə, danışa bilərik” deyə Peskov qeyd edib.
O, Rusiyanın şərtlərinin əvvəlki kimi qalıb-qalmaması ilə bağlı suala "Qətiyyətlə" cavabını verib.
"Əməliyyat davam edir, bütün məqsədlərə nail olunacaq", - deyə o, əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
19:13 / 04.09.2022
Peskov: “Rusiyanın Zelenski ilə danışacağı yalnız bir mövzu var”
Hazırda oxunan: Peskov: “Rusiyanın Zelenski ilə danışacağı yalnız bir mövzu var”
Hazırda oxunan: Peskov: “Rusiyanın Zelenski ilə danışacağı yalnız bir mövzu var”
92006
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.