Putin Paşinyan və Mirzoyanı Rusiyaya çağırdı

Hazırda oxunan: Putin Paşinyan və Mirzoyanı Rusiyaya çağırdı

91981

Azərbaycan prezidenti İlham Əliyevin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bir neçə ay ərzində imzalanacağı ilə bağlı İtaliyada verdiyi bəyanatından dərhal sonra Rusiya prezidenti Vladimir Putin baş nazir Nikol Paşinyanı və xarici işlər naziri Ararat Mirzoyanı Rusiyaya çağırıb.

Bizim.Media xəbər verir ki, bu fikirləri müxalif erməni bloger Mika Badalyan sosial şəbəkədə yazıb.

“Son günlər biz Moskva ilə İrəvan arasında danışıqlarda son dərəcə yüksək fəallığı görürük. Sözün əsl mənasında, hər 3-4 gündən bir istər xarici işlər nazirləri səviyyəsində, istərsə də dövlət liderləri səviyyəsində telefon danışığı olub. Həmçinin Putinlə İlham Əliyev arasında bu yaxınlarda söhbət baş tutub.

Bütün bu danışıqların nəticəsi o oldu ki, Paşinyanla Mirzoyan təcili olaraq Rusiyaya söhbətə çağırılıb. Paşinyan sentyabrın 5-8-də Vladivostoka səfər edəcək.

Lavrov-Mirzoyan görüşü sentyabrın 6-da keçiriləcək”, deyə Badalyan qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin