“Sərnişindaşınmada gediş haqlarının qaldırılması təklifi özfəaliyyətdir” – EKSPERT 

Hazırda oxunan: “Sərnişindaşınmada gediş haqlarının qaldırılması təklifi özfəaliyyətdir” – EKSPERT 

91853

BNA daşıyıcı şirkətlərin 30 qəpik gedişhaqqı sərf etmədiyi üçün avtobusları satmasına münasibət bildirib.

“Vəziyyətin belə davam etməsi sərnişindaşımalarda xidmətin keyfiyyətinə mənfi təsirləri ola bilər”, deyə qurumdan açıqlama verilib.

Məsələ ilə bağlı Bizim.Media-a danışan iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib ki, Azərbaycanda, eləcə də Bakı şəhərində nəqliyyat sisteminə yenidən baxılmasına ehtiyac var:
 

MÖVZU İLƏ BAĞLI:

“Müdir çox, işi görən yox” – Azərbaycanda sərnişindaşınma mərkəzləşdirilə bilərmi?


“Həm vahid kart sisteminin hər yerdə tətbiqinə, həm dövlət və özəl sektorların qarşılıqlı münasibətlərinə nəzarəti bərpa etmək lazımdır. Bakıda işləyən avtobusların böyük əksəriyyəti dövlət hesabına alınır. Onların qiyməti biletin qiymətində əks olunmur, çünki avtobuslar büdcənin hesabına alınır. Özəl sektorda isə məsələ fərqlidir”.

Ekspert hesab edir ki, hər kəs özünə sərf edən təkliflə çıxış edərsə, xaosun qarşısını almaq olmaz:

“Ona görə qiymət tariflərinin müəyyənləşdirilməsi, maya dəyərinin hesablanması üçün şəffaflaşdırmaya ehtiyac var. Bir sərnişinin daşınması neçəyə başa gəlir? Bu qurumlar hələ də normal bir hesabatlılıq təqdim etməyiblər.

Hamı qiymət artımından danışır, amma xidmətin keyfiyyətinin və məmmuniyyətliliyi ilə bağlı danışan yoxdur.

Bir sərnişinin daşınma xərcləri ciddi hesablanmalı, bundan sonra ictimaiyyətə açıq şəkildə elan olunmalıdır. Eyni zamanda dövlətin maliyyələşdirdiyi nəqliyyat sistemi ilə özəl maya dəyəri arasında da fərqlər var”.
Natiq Cəfərli hesab edir ki, çıxış yolu qiymət artımı deyil, qiymətlərin optimallaşdırılması, keyfiyyətin yüksəldilməsi istiqamətində işlər görülməlidir.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin