"Səhiyyə Nazirliyi bildirir ki, ötən gün sosial şəbəkələrdə uşaqlara işgəncə verən özəl loqoped mərkəzi ilə bağlı araşdırmalara başlanılıb".
Bu barədə Bizim.Media-ya Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın alt işçi qrupunda bu görüntülərlə bağlı araşdırmalar aparılır.
MÖVZU İLƏ BAĞLI:
Reabilitasiya mərkəzində uşaqlara işgəncə verən şəxslərin kimliyi MƏLUM OLDU
Komissiya Səhiyyə Nazirliyi,Daxili İşlər Nazirliyi, Respublika Baş Prokurorluğu, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, QHT-lər və digər aydiyyatı qurumların nümayəndələrindən ibarətdir. Araşdırmalar başa çatdıqdan sonra komissiya nəticələr barədə məlumat yayacaq.
Bizim.Media