İşğaldan azad olunmuş ərazilərimizdə meşə və su təsərrüfatının, flora və fauna tərkibi tədqiq ediləcək, Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının nüvə tullantılarının ərazilərimizdə basdırılma ehtimalı yüksək olduğundan bu bölgənin radioekoloji monitorinqi aparılacaq.
AMEA Yüksək Texnologiyalar Parkından Bizim.Media-ya verilən məlumata görə, YTP-nin rezidentlərindən olan “AZELTECH” şirkəti tərəfindən daha bir innovativ layihə – dronların istehsalı üçün hazırlıq işləri görülür.
Bu dronlardan işğaldan azad olunmuş ərazilərimizdə meşə və su təsərrüfatının, flora və fauna tərkibinin tədqiqi, eləcə də Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının nüvə tullantılarının ərazilərimizdə basdırılma ehtimalı yüksək olduğundan bu bölgənin radioekoloji monitorinqinin aparılması məqsədilə istifadə olunacaq.
Hazırda dronlar üzərində sınaq işləri həyata keçirilir. Bu məqsədlə baza dronunun üzərinə ərazilərin radioekoloji monitorinqini həyata keçirmək üçün qamma və neytron detektorları inteqrasiya olunur. Real vaxt rejimində mövcud koordinatda işğaldan azad olunmuş ərazilərin radiasiya fonunun ölçülməsi nəzərdə tutulur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:43 / 21.01.2021
Qarabağda dronlarla radioekoloji monitorinq aparılacaq
Hazırda oxunan: Qarabağda dronlarla radioekoloji monitorinq aparılacaq
Hazırda oxunan: Qarabağda dronlarla radioekoloji monitorinq aparılacaq
9183
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.